Restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb
Bakucity.az xəbər verir ki, “İçərişəhər” yerləşən və paytaxtı ən məşhur restoranlardan biri olan “Təndir” sökülür. Əsasən milli yeməkləri ilə tanınan obyektin söküntüsünə bu gün səhər saatlarından başlanılıb. Xəbəri Oxu.az saytı yayıb.
“İçərişəhər” dövlət tarix-memarlıq qoruğundan verilən məlumata görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.
Qeyd edək ki, Bakıya təşrif buyuran prezidentlər, dövlət və mədəniyyət xadimləri “Təndir” restoranına baş çəkiblər.