Bakıda oğru dəstəsi evə girdi: ev sahibinə və qonşulara xəsarət yetirdilər

Bakıda oğru dəstəsi evə girdi: ev sahibinə və qonşulara xəsarət yetirdilər

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib

Paytaxt sakinləri, Həsənov Məmməd Həmzə oğlu tanışı Əlizadə Vüsal Saleh oğlu ilə birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1a ünvanında Günay Bəşirovaya məxsus evə daxil olaraq oradan 2500 manatlıq qızıl-zinyət əşyaları götürüb hadisə yerindən qaçarkən ev sahibəsi ilə qarşılaşıb. G.Bəşirova oğrulara mane olmaq üçün qonşuları çağırsa da, oğruları yaxalamaq mümkün olmayıb. trend-in məlumatında bildirilir.

Evi qarət edənlər G.Bəşirova və ona köməyə gələn bir neçə nəfərə xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

Bakucity.az

Oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər