Bakıda robotlar arasında futbol yarışı keçirildi

Bakıda robotlar arasında futbol yarışı keçirildi

Yarış İnnovasiya həftəsi çərçivəsində baş tutub

Bakucity.az xəbər verir ki, Bakıda gənc ixtiraçılar robotlara futbol oynamağı öyrədiblər, eyni zamanda kompüter oyunlarının həvəskarları robotlar arasında yarış keçiriblər. 

Yarış Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə Bakıda baş tutan "İnnovasiya həftəsi" çərçivəsində keçirilib. "Sputnik"in məlumatında deyilir. 

Heydər Əliyev Mərkəzində baş tutan yarışda gənc konstruktorların robotlar üzərindən futbol oyunları təqdim olunub. Oyunun gedişatında iştirak edənlər robotları idarə etmək bacarıqlarını nümayiş etdiriblər. 32 nəfərin iştirak etdiyi kiberturnirdə isə oyunçular üçün FİFA və Mortal Kombat  oyunları təşkil olunub. 

Qeyd edək ki, tədbirin başlıca məqsədi ölkədə kiberidmanı inkişaf etdirmək, gənclər arasında müasir informasiya-kommunikasiya texnologiyaları və kompüter oyunlarına marağı artırmaqdır. 

Bakucity.az

İnnovasiya həftəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər