21 yaşlı gənc ürəyindən bıçaq zərbəsi alıb
Bakucity.az xəbər verir ki, Xətai rayonunun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.
Yaralı təcili olaraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Məlumatı Trend informasiya agentliyi yayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.
Bakucity.az