Köhnə 9 mərtəbəli evlər söküləcək - Bakıda nəhəng layihə

Köhnə 9 mərtəbəli evlər söküləcək - Bakıda nəhəng layihə

Paytaxtda pilot layihə əraziləri genişləndiriləcək

Bakucity.az xəbər verir ki, Bakı şəhərində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi planı üzrə işlər sürətlə davam edir. “Pilot layihə” adlanan layihə  beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinin yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur. Məlumatı musavat.com yayıb. 

Hazırda pilot layihələr çərçivəsində Bakının 50-dək ərazisində tikinti işləri aparılır, köhnə binalar sökülür, yeniləri inşa edilir. Tikinti işlərinin getdikcə daha geniş əraziləri əhatə edəcəyi gözlənilir. 

Saytın yazdığına görə, 2019-cu ilin əvvəlindən etibarən Bakı şəhərində pilot layihələrin əhatə dairəsi daha da genişləndiriləcək. Paytaxtın bütün rayonlarında 3-4-5, hətta köhnə 9 mərtəbəli evlərin sökülərək yerində çoxmərtəbəli binaların tikilməsi işlərinə start veriləcək. 

Bakucity.az

Bakı söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər