Sabunçuda sexdə yanğın: ölən şəxsin kimliyi məlum deyil

Sabunçuda sexdə yanğın: ölən şəxsin kimliyi məlum deyil, Javid

Bakıda taxta sexi yanıb

FHN-dən verilən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakucity.az

Yanğın Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər