"Keşlə” – “Qarabağ”: hakim təyinatları açıqlandı

"Keşlə” – “Qarabağ”: hakim təyinatları açıqlandı

Görüş sabah saat 19:00-da başlayacaq

Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan “Keşlə” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakucity.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və  Elşad Abdullayev köməklik edəcək. Dördüncü hakim funksiyasını Mahir Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Keşlə” – “Qarabağ” görüşü sabah saat 19:00-da başlayacaq.

Bakucity.az

Keşlə futbol klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər