Bakıda bələdiyyə sədri 4000 manat məbləğində cərimələndi

Bakıda bələdiyyə sədri 4000 manat məbləğində cərimələndi

Nazirlik çoxsaylı şikayətlərdən sonra qərar çıxarıb 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. ETSN-nin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.

Bakucity.az

Cərimə ETSN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər