AFFA İntizam Komitəsi "Səbail-2" komandasına texniki məğlubiyyət verib
Bakucity.az xəbər verir ki, səbəb I Divizionun VIII turunda "Neftçi -2" ilə səfər matçında komandanın heyətində limitin pozulmasıdır.
Turnirin reqlamentinə əsasən, meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. “Səbail-2”nin məşqçilər heyəti isə 90+2-ci dəqiqədə 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxıb.
Qeyd edək ki, "Səbail-2"ə daha öncə "Qarabağ -2" ilə matçda da texniki məğlubiyyət verirlib. Eyni halın təkrarlanmasından sonra klub rəhbərliyi baş məşqçi Elman Sultanovla yollarını ayırıb.
Bakucity.az