"Neftçi"nin futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq

"Neftçi"nin futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq, Javid

Məhəmməd Mirzəbəyov Farer adaları və Kosovo ilə oyunları da buraxacaq

Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”la oyunun ilk hissəsində zədələnən "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib.

Klubun rəsmi saytındakı xəbərə görə, tibbi müayinədən sonra 28 yaşlı müdafiəçinin qarın əzələlərində yırtıq aşkarlanıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu təxminən 1 ay müalicə olunduqdan sonra fərdi məşqlərə başlayacaq.

Müdafiəçi Millətlər Liqasının V turunda evdə Farer adaları, VI turda səfərdə Kosovo ilə matçları da buraxacaq. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər