Qaradağda içməli suyun verilməsi məhdudlaşdırılacaq

Qaradağda içməli suyun verilməsi məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar su verilməyəcək

 Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakucity.az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər