Bakıda sahibsiz itləri işgəncə ilə öldürürlər - VİDEO

Bakıda sahibsiz itləri işgəncə ilə öldürürlər - VİDEO, Javid

İtlər naməlum şəxslər tərəfindən güllələnib

Bakucity.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi nəzarət altında sterilizasiya  edilmiş, yəni quduzluğa qarşı peyvənd olunmuş, sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib. İtlərin işgəncə ilə öldürüldüyü iddia edilir. 

Sakinlər deyir ki, həmin heyvanlar ətraf üçün heç bir təhlükə yaratmırdılar.

Qeyd edilir ki, öldürülən itləri maşına yığıb aparıblar. İki it isə yaralı vəziyyətdə ağacın altında qalıb.

Sahibsiz heyvanların xilası və qorunması işi ilə məşğul olan Yelena Simokina adlı şəxs isə qəsəbədə öldürülən itləri götürərək IDEA heyvanlara qayğı mərkəzinə üz tutub.

Faktla bağlı polisə müraciət olunacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər