Bakıda manyak saxlanıldı

Bakıda manyak saxlanıldı

59 yaşlı kişi 5 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq törədib

Bakucity.az xəbər verir ki, Bakıda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Nəsimi rayon sakini olan 33 yaşlı qadın polisə müraciət edərək bu barədə məlumat verib. “Qafqazinfo”nun xəbərində bildirilir. 

O bilidirib ki, qonşusu, 59 yaşlı kişi onun 5 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. İlkin araşdırmadan sonra həmin kişi saxlanılıb və Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər