Bakıda ev heyvanları saxlamaq neçəyə başa gəlir? - ARAŞDIRMA

Paytaxtda it-pişik həvəskarları orta hesabla nə qədər xərcləyirlər?

Son illərdə Bakıda evdə heyvan saxlayan sakinlərin sayında artım nəzərə çarpır. Amma hər adam da bu fikrə müsbət yanaşmır. Çünki həm ev heyvanının bazardakı qiymətləri bahadır, həm də onların saxlanılması ucuz başa gəlmir. Əlbəttə, bir digər səbəb də bir çoxlarının evdə heyvan saxlamağı məqbul saymaması ilə bağlıdır. Ümumiyyətlə isə, Bakıda ev heyvanlarını almaq və saxlamaq neçəyə başa gəlir? Bakucity.az mövzu barədə araşdırmasını təqdim edir. 

Müalicə üçün klinikaya seçərkən ilk öncə nəyə diqqət etməli?

Veterinar ekspert  Nərmin Mirzəyevanın sözlərinə görə, heyvanlar üçün müalicə mərkəzi seçərkən, mütəxəssisin bu sahədə çalışmaq üçün müvafiq icazəsinin olub-olmasına diqqət yetirmək lazımdır. Mərkəz sadəcə baytar otağından ibarət olmamalıdır, o, bütün lazımi avadanlıqlarla, rentgen xidmətiylə təmin olunmalı, normalara cavab verməlidir. Həkim deyir ki, klinikalarda ən geniş yayılmış prosedurlardan biri vaksinasiyadır:

"Heyvana hansı vaksinin vurulacağına da diqqət yetirmək lazımdır. "Multikan" kimi qənaətcil variantlar var, amma mən onu keyfiyyətli hesab etmədiyim üçün məsləhət görmürəm. Əksər vaxt yerli klinikalarda məqbul variant kimi "novevak" preparatından istifadə edilir”. 

Ev heyvanları üçün estetik xidmətlər də göstərilir

Araşdırmamız zamanı məlum oldu ki, yaxşı klinalarda müalicə ilə yanaşı, heyvanların çimizdirilməsi, qırxılması kimi estetik xidmətlər də göstərilir. Belə klinikalarda standart prosedurlar aparılır, qiymətlər isə demək olar ki, eynidir.

“Marina” baytarlıq klinikasında müştərinin maddi imkanı zəif olanda, heyvanların pulsuz müayinəsi keçirilir. “White Bear” və “Bayer Royal Canin”də tibbi xidmətlərdən başqa, zoomağazalar da fəaliyyət göstərir. “Alfavet” klinikasında cərrahiyyə xidmətləri və "USM" mövcuddur. “Animal Care” də heyvanların sənədləşdirilməsi prosesi həyata keçirilir.  Əsas analizlərdən başqa, qanın biokimyəvi müayinəsi də aparılır.

Heyvanlara hansı növ yeməklər verilməlidir?

Pişiklər və itlər üçün yem seçimi kifayət qədər genişdir. Heyvan yeməklərini təkcə ixtisaslaşmış mağazalardan deyil, həm də hər supermarketdən almaq olur. Hərdən müştərilərdə nəm, yoxsa quru yem seçmək kimi sual yaranır. "Zoomagazine.az" saytının məsləhətçisi hər 2 növ qidanı qarışdırmağı tövsiyə edir. Məsələn, gün ərzində heyvana quru yem, axşam isə nəm yemək vermək olar.

Ayrı-ayrı aksessuarlar və müxtəlif əşyaların alınması üçün isə zoomağazalara getmək lazımdır. Buralarda çeşid həmişə yaxşıdır, xaltalar, oyuncaqlar, həşaratlara qarşı mübarizə vasitələri və s. ala bilərsiniz.

İtlər üçün xalta çeşitləri kifayət qədər rəngarəngdir. Məsləhətçinin sözlərinə görə, həvəskarlar daha çox dəri xaltalar alır. Yumşaq və rahat olduğundan brezent xaltalar da populyardır. Belə aksessuar seçərkən, 2 barmağın xaltayla heyvanın boynu arasına yerləşəcəyinə diqqət etmək lazımdır.

Dördayaqlı dostunuzun sağlamlığı üçün birə əleyhinə vasitələrə də xüsusi yanaşmalısınız. Burada əsas seçim dərmanın damcı, emulsiya və s. növdə olmasıdır. Şampun seçimini də nəzərdə saxlamaq labüddür. Zoomağazanın satıcısı deyir ki, bəziləri heyvanları öz şampunlarıyla çimizdirirlər. Bu doğru deyil – heyvanlar üçün xüsusi vasitələrdən istifadə olunmalıdır. İtlər adətən ayda iki və ya üç dəfə çimizdirilir. Hər gəzintidən sonra onun pəncələrini və sifət hissəsini yumaq kifayətdir. Pişikləri ayda bir dəfə yumaq kifayət edər, lakin dinc durursa, yay aylarında bir neçə dəfə yumaq lazımdır.

Yekunda

Araşdırmamız zamanı məlum oldu ki, Bakıda ev heyvanı saxlamaq yetərincə xərcli işdir. Amma əgər siz dördayaqlı dost əldə etmək istəyirsinizsə, yəqin ki, bu xərci ondan əsirgəməyəcəksiniz.

Sonda Bakıda ev heyvanları üçün ortalama xərclər cədvəlini təqdim edirik:

Klinika

Xidmətlər

Vaksinasiya

Estetik qrumer

Ümumi baxış

1.“Royal Vet”

30-35 AZN

___

15 AZN

2.“Vet Expert”

35 AZN

50AZN

16 AZN

3.“Alfavet”

30-35 AZN

25 AZN

20 AZN

4.“Animal Care”

25-30 AZN

___

15 AZN

5.“White Bear”

30-35 AZN

___

15 AZN

6.“Marina” klinikası

35 AZN

35 AZN

15 AZN

Vasitələr

Qiymətlər

Pişik yemi

2,50-106,50 AZN

Tualet üçün əlavə

5,90-31 AZN

Birəyə qarşı vasitə

1,40-60 AZN

Pişik üçün şampun

4-40 AZN

İt yemi

26,90-134 AZN

Birəyə qarşı vasitə

1,40-60 AZN

İt üçün şampun

4,20-20 AZN

Xalta

3,70-60 AZN

Heyvan daşıma üçün avadanlıq

25-40 AZN

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Araşdırma Ev heyvanları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
"Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır....
Siyasət
Düşmənin növbəti iki tankı məhv edilib.  Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qar...
Siyasət
Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan ordusunun daha bir zabitinin məhv edilməsi haqda açıqlama verib. BakuCity.az xəbər verir ki, məlumatda deyilir: "İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv...
Cəmiyyət
Əsgərlərimiz qələbə şüarları ilə cəbhəyə yola salınıb. BakuCity.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur. Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. “İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirir. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda...
Cəmiyyət
Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə İlkin Əhmədov özü məlumat verib. Xanəndə bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir: "Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm. Düzdür, indi arxa cəbhədəyəm, amma birazdan telefonuma zəng ç...
Cəmiyyət
“Martuni” motoatıcı alayı darmadağın edilib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşm...
Cəmiyyət
Erməni işğalı altında olan Xankəndi şəhərinin yeni gecə görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, müharibədən bir neçə gün əvvəl işıqlı görünən şəhər, hazırda qaranlığa qərq olub. (oxu.az) BakuCity.az
Cəmiyyət
Xəbər verriyimiz kimi, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb. BakuCity.az