Sabah hava necə olacaq? - XƏBƏRDARLIQ

Sabah hava necə olacaq? - XƏBƏRDARLIQ

Noyabrın ilk günü hava şəraiti qeyri-sabit keçəcək 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 780 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

Bakucity.az

Hava durumu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər