Paytaxtda istirahət parkı təmirdən sonra istifadəyə verildi

Paytaxtda istirahət parkı təmirdən sonra istifadəyə verildi

Nizami rayonunda istirahət parkı sakinlərin istismarına verilib

Nizami rayon İH-dən Bakucity.az-a daxil olan xəbərdə bildirilir ki, qeyd olunan işlər çərçivəsində Q.Qarayev prospekti 71 ünvanındakı məhəllələrarası parkda da rayonun daxili imkanları hesabına yenidənqurma işləri aparılıb və əsaslı təmir olunub. Bununla əlaqədar burada rayon rəhbərliyinin, xidmət sahələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə parkın istifadəyə verilmə mərasimi keçirilib. Eyni zamanda, parkda əhali ilə səyyar görüşlər çərçivəsində həyata keçirilən “Açıq mikrofon” təşkil olunub.

Açılış mərasimində Nizami Rayon İH-nin başçısı Arif Qasımov dövlət başçısının tapşırığına əsasən ölkədə aparılan abadlıq-quruculuq işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışıb, sakinlərin rahat istirahətini təmin etmək məqsədilə bir çox ərazilərdə müasir yeni abad məhəllələr salındığını qeyd edib.

O, vurğulayıb ki, Q.Qarayev prospekti 71 ünvanında sahəsi 0,4 ha olan park əsaslı təmir olunub, 100 ədəd yeni ağac və kol əkilib, 2400 m2 qazon döşənib, 20 oturacaq və iki yerdə söhbətgah qoyulub. Eyni zamanda, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları və idman qurğuları, həmçinin şahmat meydançası quraşdırılıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər