Bakıda “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib

Bakıda “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib

Təlim “Məktəblinin dostu” layihəsi çərçivəsində həyata keçirilib

Bakı Şəhər üzrə Təhsil İdarəsindən Bakucity.az-a verilən məlumatda bildirilir ki,  paytaxtda məktəblilər üçün “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində 57 nömrəli tam orta məktəbdə təşkil olunan təlimdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd məktəblilərin müxtəlif peşələrə olan maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, övladlarını yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək barədə valideynlərin məlumatlandırılmasından ibarətdir.

Tədbirdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələləri barədə məlumatlar verilib.

Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında müzakirə olunub.

Həmçinin, şagirdlər arasında peşə seçimi ilə bağlı test tapşırıqları keçirilib və tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin gələcəkdə peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər