Müəllim və valideynlərin nəzərinə!

Müəllim və valideynlərin nəzərinə!

Bakıda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Noyabrın 2-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bu barədə Bakucity.az-a Bakı Şəhr üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıda Ş.Qurbanov küçəsi 6/10 ünvanında yerləşən 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Qəbul zamanı müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər