Mənzil satışı: dövlət rüsumu və sənədləşmə

Vergilər Nazirliyinin məlumatı

Yaşayış sahələrinin alğı-satqısı üzrə tələb olunan dövlət rüsumları və vergilər notariuslar vasitəsilə ödənilir.

Bununla bağlı Bakucity.az-a Azərbaycan Respublikası Vergilər Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilir ki, 2016-cı ildən Azərbaycanda mənzil alğı-satqısı ilə bağlı qaydalara edilən dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslər üzrə vergitutma bazası genişləndirilib.

Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 2016-cı il yanvarın 1-dən sadələşdirilmiş vergiyə cəlb olunur və notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Mənzil alğı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergini ödəməlidirlər. Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalara uyğun əmsallar tətbiq edilir. Bu zaman yerli notariuslar tərəfindən hesablanmış vergilər mənzilini satışa çıxaran mülkiyyətçinin hesabından tutularaq büdcəyə ödənilir.

Yaşayış sahələrinin, yəni mənzillərin alğı-satqısı üçün tələb olunan ilkin sənəd mülkiyyətin faktiki və gələcək sahibi arasında bağlanmış alğı-satqı müqaviləsidir.

Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi üçün zəruri olan sənədlər bunlardır:

- Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış)

- Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış

- Mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnaməsi

- Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı

Alğı-satqı müqaviləsinin imzalanması prosesində satışa çıxarılan əmlakın mülkiyyətçisi və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi ilə alıcı və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi iştirak etməlidir.

Mənzilin alğı-satqısına dair müqavilə imzalanarkən aşağıdakı qaydada və məbləğdə dövlət rüsumu - xidmətə görə haqq ödənilməlidir:

- Müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - dövlət rüsumu 20, xidmətə görə tutulan haqq 3 manat

- Müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə - dövlət rüsumu Bakı şəhərində 250 manat

Yaşayış sahələrinin alğı-satqısı zamanı tələb olunan dövlət rüsumları da hesablanmış vergilərdə olduğu kimi, notariuslar tərəfindən tutulur. Mənzilini barter üsulu ilə dəyişmək istəyənlər də eyni qaydada sənədləri toplamaqla müvafiq prosedurlardan keçməli və yuxarıda göstərilən məbləğlərdə dövlət rüsumu - xidmət haqqı ödəməlidirlər. Mülkiyyətində olan mənzili yaxın qohumuna bağışlayanlar da Mülki Məcəllənin 146-cı maddəsində nəzərdə tutulan prosedurlardan keçməklə lazım olan sənədləşməni həyata keçirə bilərlər.

Qanunvericiliyin bu tələbinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir.

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.

Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağlanan müqavilə yalnız notariat qaydasında təsdiqləndikdən sonra etibarlı hesab olunur.

Yaxın qohumun adına olan ev notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında digər yaxın qohuma bağışlana bilər.

Həmin ev üzərində mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində qeydiyyata alınır.

Material “Vergilər” qəzetinin bügünkü sayında dərc edilib

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.  Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərini...
İdman
Dünya Kubokuna bu gün start veriləcək. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa 39 ölkədən 200-dən çox idmançı qatılıb. Turnir üç gün davam edəcək və 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyən...
Hadisələr
Sabunçu rayonunda 15 yaşlı qızdan 1 həftədir xəbər yoxdur. Bakucity.az xəbər verir ki, sözügedən şəxs Ramana qəsəbəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızıdır. O, aprelin 18-i yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bunu da oxu: Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO Sabunçu RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılır. (Ona.az) Bakucity.az
İdman
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür. Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.  Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bunu da oxu: “Formula-1” zamanı tamaşaçıları nələr gözləyir? Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri...
Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az