Bakıda saxta "polis"lər həbs edildi - QƏRAR

Bakıda saxta "polis"lər həbs edildi - QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub."Report"un məlumatında deyilir. 

Məhkəmə Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsini ittihamdan çıxarıb. Digər iki maddə - 309-cu və 310-cu maddə ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu rayon Polis idarəsinin əməkdaşları bir qrup yalançı "polis"i saxlayıblar.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər