Bakı Funikulyoru yenidən fəaliyyətə başlayıb

Təmir işləri başa çatıb

Bakucity.az xəbər verir ki, bir müddət idi ki, təmir-profilaktika işləri ilə əlaqədar işləməyən Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən daxil olan məlumata görə, keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinin dəyişməsindən sonra burada aparılan işlərdə mövcud olan yubanmalar və digər problemlər aradan qaldırılıb və Funikulyorun fəaliyyətinə start verilib.

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 12-də aşılışı keçirilib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.  Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərini...
İdman
Dünya Kubokuna bu gün start veriləcək. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa 39 ölkədən 200-dən çox idmançı qatılıb. Turnir üç gün davam edəcək və 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyən...
Hadisələr
Sabunçu rayonunda 15 yaşlı qızdan 1 həftədir xəbər yoxdur. Bakucity.az xəbər verir ki, sözügedən şəxs Ramana qəsəbəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızıdır. O, aprelin 18-i yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bunu da oxu: Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO Sabunçu RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılır. (Ona.az) Bakucity.az
İdman
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür. Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.  Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bunu da oxu: “Formula-1” zamanı tamaşaçıları nələr gözləyir? Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri...
Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az