Paytaxtda sərnişin avtobusu qəzaya düşdü - ağır xəsarət alan var

Paytaxtda sərnişin avtobusu qəzaya düşdü - ağır xəsarət alan var

Qəzada "Xəzər" TV-nin redaktoru ağır xəsarət alıb

Bakucity.az unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında baş verib.

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobus eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində avtobusda olan sərninlərdən bir neçəsi xəsarət alıb.Yaralılar paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.

Xəsarət alanlar arasında Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı da var. O, kəllə-beyin travması alıb, dişləri tökülüb.

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər