Nələr müzakirə olunacaq?
Bakucity.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfərə gəliblər. Həmsədrlər - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ) bu gün Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Oxu.az xəbər verir.
Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq.
Oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər.
Bakucity.az