Bakıdan Cenevrəyə birbaşa aviareys açıldı

Bakıdan Cenevrəyə birbaşa aviareys açıldı, Javid

Oktyabrın 30-dan Bakıdan Cenevrəyə birbaşa uçuşlar başlanıb

AZAL-dan Bakucity.az verilən məlumata görə, “Azərbaycan Hava Yolları” birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.

Aviaşirkətinin və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib. Reysin ilk sərnişinlərindən olan Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, birbaşa aviareysin açılması müxtəlif sahələrdə ikitərəfli əlaqələri möhkəmləndirəcək. Səfir birbaşa aviareysin Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcəyinə və müxtəlif sahələrdə böyük potensiala malik olan ölkəmizə daha çox diqqətin yetirilməsinə səbəb olacağına əmin olduğunu bildirib.

Bakucity.az

AZAL
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər