Emil Smit-Rou "Qarabağ"a vurduğu qolu xatırlayıb
Bakucity.az xəbər verir ki, “Arsenal”ın futbolçusu Emil Smit-Rou Avropa Liqasının 2-ci turunda "Qarabağ"la səfər matçında vurduğu qolu xatırlayıb.
Sözügedən görüşdə əsas komandada ilk qolunu vuran 18 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib: "Həmin vaxt çox xoşbəxt olmuşdum. Əsas komandada qol vurmaq mənim arzum idi. Bu, mənim uşaqlıqdan xəyalım idi. Qol vurmağım mən və ailəm üçün qürurverici an idi". Qol.az-ın məlumatında deyilir.
Qeyd edək ki, "Arsenal" səfərdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.
Bakucity.az