Bakıda avtomobil almaq istəyənlərin nəzərinə - AÇIQLAMA

Bakıda avtomobil almaq istəyənlərin nəzərinə  - AÇIQLAMA, Javid

Bahalı maşınlar ucuzlaşıb

Bakucity.az xəbər verir ki, 2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub.

N.İbrahimov bildirib ki, sentyabr ayında ümumilikdə 1444 ədəd avtomobil satışa çıxarılıb: “Əvvəlki ayla müqayisədə sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb”.

Bakucity.az

Avtomobil satışı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər