Bakının mənzərəsi tamam dəyişəcək - YENİLİK

Bakının mənzərəsi tamam dəyişəcək - YENİLİK, Javid

İkinci mərhələ işə salınır

Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Baş Planının hazırlanmasının ikinci mərhələsi işə salınır. Bunu açıqlamasında Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib. Sədr müavini bildirib ki, Baş Planın inkişaf konsepsiyasını nəzərdə tutan birinci mərhələ artıq başa çatıb:

“İlkin olaraq Bakı şəhərinin Baş Planının hazırlanması bir neçə mərhələyə bölünüb. İndi Komitə ikinci mərhələ üzrə məsləhətçinin seçilməsini başa çatdırır. Biz bu sahədə böyük təcrübəsi olan beynəlxalq urbanistika təşkilatını seçməyi planlaşdırırıq”. Trend-in məlumatında bildirilir. 

Komitə rəsmisinin sözlərinə görə, bunun üçün açıq tenderin keçirilməsi nəzərdə tutulur.

D.Dövlətxanov əlavə edib ki, Baş Planın hazırlanması ilə bağlı beynəlxalq məsləhətçinin seçilməsi üçün tenderin elanı noyabr ayında veriləcək.

Bakucity.az

Bakının baş planı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər