“Qarabağ”ın Bakıdakı stadionunda nasazlıq yarandı

“Qarabağ”ın Bakıdakı stadionunda nasazlıq yarandı

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. 

Mövcud vəziyyəti araşdıran PFL “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərar çıxarıb.

Qərara əsasən I divizionun IX turunun “Qarabağ-2” - MOİK qarşılaşması sabah saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.

Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü isə 3 noyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bakucity.az

Qarabağ FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər