Bakının Mərkəzi Univermağının taleyi necə olacaq? - AÇIQLAMA

Bakının Mərkəzi Univermağının taleyi necə olacaq? - AÇIQLAMA, Javid

Bakı şəhər İcra Hakimiyyəti açıqlama verib

Bakucity.az xəbər verir ki, bir neçə il əvvəl Bakı MUM-un binasında yaxşı ticarət var idi: alıcı əlindən tərpənmək olmurdu. Lakin indi o, az qala paytaxtın hər bir rayonunda tikilən çoxsaylı ticarət mərkəzlərinə (mall) uduzub. 

Univermaqda zərgər kimi işləyən Əhməd Ağazadə bildirib ki, son illərdə MUM-da alış-veriş azalıb. Onun fikrincə, səbəblərdən biri də onlayn ticarətin populyarlaşmasıdır. A. Ağazadə bildirib ki, MUM-da alış-veriş əvvəlki kimi deyil.

“Ola bilsin ki, bu, indi insanların fərqli həyat tərzi sürmələri yaxud da maliyyə ilə bağlıdır. Əvvəl kişilər öz həyat yoldaşlarına bayram hədiyyəsi almaq üçün heç olmasa ildə bir dəfə MUM-a gəlirdilər”, - deyə Ə. Ağazadə vurğulayıb. O qeyd edib ki, hazırda insanlar Mərkəzi Univermağa əsasən toydan toya gəlirlər. 

“Lakin sizə onu deyə bilərəm ki, əgər keyfiyyətli zərgərlik məmulatları almaq istəyirsinizsə, onları kənarda ala bilməzsiniz. Bizdə brilyant daşlarının tərkibi yaxşıdır, əyarı və keyfiyyəti yüksəkdir. MUM-da bütün məhsullar keyfiyyət yoxlanışından keçir, burada keyfiyyətsiz məmulatların satışı mümkün deyil”, - deyə Ə. Ağazadə bildirib. 

Satıcı əmindir ki, məhz bu səbəbdən yaxın 10 ildə MUM-un bağlanmasından söhbət belə gedə bilməz.

Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Bakı Mərkəzi Univermağının bağlanması gündəmdə deyil. Oxu.az-ın məlumatında deyilir. 

Bakucity.az

Mərkəzi Univermaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər