Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO, Javid

Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, 1 Noyabr tarixində “Azsamand” markalı avtomobil taksidən düşən qadını vurub. Qadın hadisə yerində ölüb. 

Bu gün hadisənin təfərrüatları məlum olub. Oxu.az-ın məlumatında deyilir. 

Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb. 

“Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, - qadının qızı deyib. 

Hadisə yerində araşdırma aparan yol-patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallara əsasən, qəza “Azsamand” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolun sağ zolağı ilə ötmə əməliyyatı etməsi olub. 

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO, fotoşəkil-1 Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO, fotoşəkil-2 Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO, fotoşəkil-3 Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO, fotoşəkil-4

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər