Həftə sonunda hava necə olacaq?

Həftə sonunda hava necə olacaq?

Bəzi yerlərdə duman olacaq

Bakucity.az xəbər verir ki, Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, noyabr ayının 3-4-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir. Report-un xəbərində bildirilir. 

Gülşad Məmmədova qeyd edib ki, noyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq: "Noyabr ayının 4-ü səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləkləri əsəcək. Havnın temperaturu isə 16-18 dərəcə arası dəyişəcək".

Bakucity.az

Hava durumu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər