"Afrikalı Stinq" Bakıda konsert verdi

"Afrikalı Stinq" Bakıda konsert verdi , Javid

Miroka Pariş caz və fadu üslubundakı populyar mahnıları təqdim edib

Bakucity.az xəbər verir ki, Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən təşkil edilən "FANTAZİYA" festivalı çərçivəsində müğənni Miroka Pariş (Miroca Paris) və Kabo Verdedən olan eyniadlı qrupun konserti keçirilib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis qonaqlara festivalın proqramı, onun əhəmiyyəti və məqsədləri barədə məlumat verib.

"Afrikalı Stinq" adlandırılan qrupun solisti Miroka Pariş ilk dəfə Bakıda olduğunu və azərbaycanlıların qonaqpərvərliyinin və caz musiqisinə marağının onda xoş təəssürat yaratdığını söyləyib. "Report" xəbər verir. 

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər