Məhkəmələrə yeni hakimlər təyin olunub
Bakucity.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Ali Məhkəməsinə və Bakı apellyasiya məhkəməsinə yeni hakimlərin təyin edilməsi məsələsinə baxılıb.
Layihəyə əsasən, Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təyin olunub. “Report” xəbər verir.
Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin olunublar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bakucity.az