Təhlükəli tullantılar Bakıda xüsusi ərazidə zərərsizləşdiriləcək

Təhlükəli tullantılar Bakıda xüsusi ərazidə zərərsizləşdiriləcək, Javid

Müvafiq infrastrukturun yaradılması təmin ediləcək

Bakucity.az xəbər verir ki, Bakıda ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Bunun üçün Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədi ilə Bakı şəhərinin Sabunçu rayonunda müvafiq infrastrukturun yaradılması təmin ediləcək. Report-un xəbərində bildirilir. 

Layihəni İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi həyata keçirəcək.

Bakucity.az

Təhlükəli tullantılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər