6-cı sinif şagirdini başına daş vuraraq öldürmək istəyib
Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Möhsüm Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
M.Bağırov barəsində seçilən polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbslə əvəz edilib. O, məhkəmə iclas zalında həbs olunub. Oxu.az-ın xəbərində bildirilir.
Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib. İttihama görə, M. Bağırov bayramla əlaqədar partlayıcı maddə almaq istəyib və bunu qonşusu, 6-cı sinif şagirdi Nicat Abdullayevə təklif edib. Sonuncu bundan imtina etdiyi üçün, onu qəbiristanlığa aparıb. Qəbiristanlıqda Nicatın başına daşla vuraraq, onu öldürməyə cəhd edib.
Bakucity.az