Badamdarda gərginlik davam edir: əhali köçürüləcəkmi?

Əziz Qaralov: “Uçqun evlərin hasar divarları istiqamətində davam edir”

Bayıl ərazisində sürüşmə zonasında gərginlik davam edir. Bu barədə “Yeni Müsavat”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov söyləyib ki, hazırda sürüşmə sahəsindəki dik qalmış torpaq qatında xırda uçqunlar müşahidə edilir: “Qoyduğumuz gips mayaklarda dəyişiklik hiss olunmur. Dik qalmış torpaq qatında xırda uçqunlar olur ki, bu da təbiidir. Evlərin hasar divarları qırılma qaşının yaxınlığında yerləşir, onların bəzilərində çatlar müşahidə edilir və uçqun o istiqamətdə davam edir”.

Lakin bütün bu təhlükələrə baxmayaraq, ərazidə yaşayan sakinlər hələ də evlərini tərk etməyiblər. Onların köçürülməsi üçün rəsmi qaydada qərar da verilməyib, proqram da hazırlanmayıb.

Əziz Qaralovun verdiyi məlumata görə, Bayıl yamacında "Teleqüllə" sürüşmə sahəsində də monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib: "Həmçinin Buxta küçəsi sahəsində monitorinq işləri davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb".

Buxta küçəsindən aşağıda yerləşən tikililərə təhlükə varmı?

Əziz Qaralov söyləyib ki, hazırda həmin ərazidə yerləşən 16 mərtəbəli bina üçün təhlükə yoxdur:

“Biz tikinti işinə qarışmırıq. Sadəcə olaraq ərazinin geologiyası barədə məlumat veririk. Bayıl yamacında riskli ərazini xəritələşdirmişik. Buxta küçəsi də riskli ərazilər xəritəsində qeyd edilib. Bu qeydlər hələ tərəfimizdən 3-4 il əvvəl aparılıb. Bayıl ərazisində jurnalistlərin binasını da hansısa təhlükə gözləmir. Həmin yer xəritəmizdə sürüşmə ərazisi kimi qeyd olunmayıb. Buxta küçəsi ona görə sürüşür ki, orada yamac kəsilib, tökmə torpaq üzərində evlər inşa olunub. Bu gün də onun fəsadları özünü göstərir. Orada artıq aşağı hissədə evlər uçub. Buxta küçəsi də uçduqdan sonra yuxarı təhlükə yuxarı hissədəki evlərə gələcək. Yəni oradakı proses ardıcıllıqla bu cür gedir”.

“Yeni Müsavat”a danışan Bakı Tikinti İdarəsinin rəisi olmuş Əzim Məsimov söyləyib ki, Badamdarda sürüşmə zonasının əhalisi üçün təhlükə var:

“Bu məsələ nəzarətdə olmalıdır. Ola bilsin ki, proses sürətləndi. Elə bir hal yarana bilər ki, sürüşmə sürətli şəkildə baş verər. Lakin mümkündür ki, sürüşmə bir neçə ay, hətta bir neçə il də çəkə bilər. Daxildə gedən prosesi dəqiq öyrənmək lazımdır ki, fikir bildirəsən. Camaat oradan köçürlərsə, harada boş yer varsa ora köçürüləcək. Yəni şərait olmalıdır ki, həmin adamları uyğun yerə köçürsünlər. Əgər köçürülmə aparılan rayonda, qəsəbədə başqa yer yoxdursa, insanları kənara köçürəcəklər. Şəhərin mərkəzindən çıxarılan əhalinin hökmən mərkəzə köçürüləcəyini söyləmək də olmaz. Mərkəzdə evlər bahadır. Hökumət belə vəziyyətdə insanlara mərkəzdən ev alıb bağışlaya bilməz. Sovet dövründə vəziyyət başqa idi. Məsələn, “Sovetski” adlanan ərazidən insanları köçürürdüksə, baxırdıq ki, mərkəzdə harada yer varsa ora köçürürdük. Mərkəzdə yer olmayanda kənar ərazilərə köçürürdük. İndi də şəhərin mərkəzində boş binalar var. Ancaq onların qiyməti çox bahadır. Hökumətin pulu xalqın puludur. Kiminsə səhvi üzərindən Badamdarda sürüşmə zonasında evlər tikilib. Ancaq bu, böyük cinayətdir. Bu cür tikililərə əvvəldən yol verməmək lazım idi”.

Bakucity.az

Badamdar Sürüşmə Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 reviews noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Filmləri Landmark hotelinin “Rotunda-1” zalında izləmək mümkün olacaq. Bakucity.az xəbər verir ki, festival çərçivəsində "Varşava döyüşü. 1920", "Ədalətli", "Şəhər 44", "Sevgi vergisi" filmləri və polşalı rejissorların digər işləri nümayiş olunacaq. Filmləri noyabrın 22-dən 28-dək saat 19:00-da Landmark hotelinin “Rotunda-1” zalında izləmək mümkün olacaq. Film nümayişlərinə giriş pulsuzdur. Bakucity.az
Mədəniyyət
Sərgi 2019-cu il martın 10-dək davam edəcək Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” (Hyperrealistic Sculpture. Almost Alive) adlı sərgi açılacaq. Ekspozisiyada Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan 20 əsəri nümayiş etdiriləcək. Bu barədə Bakucity.az-a mərkəzdən məlumat verilib. Məlumata görə, Heydər Əliyev Mərkəzind...
Biznes
Kovörker Mərkəzində boşalan yerlər üçün layihə qəbulu davam edir Bakucity.az xəbər verir ki, BBF-in Kovörker Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Startaplar və frilanserlər mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub. BBF-də layihələr üzrə işləməyə başlayanlar ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmət...
Siyasət
Xarici İşlər Nazirliyinə bununla bağlı nota ümvanlanıb Bakucity.az xəbər verir ki, Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliy...
Cəmiyyət
Bakı Ekspo Mərkəzində ilk dəfə Bakucity.az xəbər verir ki, 20-22 fevral 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya“Caspian Realty” sərgisi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıqlarınqurulmasına və təcrübə mübadiləsinin aparılmasınazəmin yaratmaq, ölkəmizdə və xüsusən...
Cəmiyyət
Bakı meriyasına yeni sözçü təyin olunub. Bakucity.az xəbər verir ki, BŞİH başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Qeyd edək ki, İ.Kərimov Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerlə...
Cəmiyyət
Tikinti və yenidənqurma işləri aparılacaq. Bakucity.az xəbər verir ki, HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində M...
Cəmiyyət
Sabah hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək. Bakucity.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, Bakıdan saat 08:00-da yola düşən 6001, saat 08:30-da yola düşən 6003 və saat 08:55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08:50-də yola düşən 6010, saat 09:17-də yola düşən 6012 və saat 09:50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv olunacaq. Göstərilən qatarlar m...
Biznes
"BMW X5 Krossover"in yeni nəsli bir çox üstünlükləri ilə seçilir. Bakucity.az xəbər verir ki, 14 Noyabr tarixində Bakıda  "BMW" "X5 Krossover"in yeni nəslinin təqdimat mərasimi keçirilib. "BMW" avtomobillərinin rəsmi distrübüteri  "Improtex Motors" təqdimat mərasimini "Elektra Hall"da keçirib. Flaqman krossover yeni platforma ilə təchiz olunub, mühərriki çoxsaylı orijinal texnoloji və rahat innovasiyalarla tam yenilənib.  Bunu da oxu: Bakının yeni merinin...