Bakının ən yüksək maaş verilən rayonları hansılardır? - SİYAHI

Bakının ən yüksək maaş verilən rayonları hansılardır? - SİYAHI, Javid

Bakıda ən çox iş yeri olan rayon Nəsimidir

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər və yaxud 2% artaraq 704 771 nəfər olub.

Bakucity.az-ın Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə işçilərin orta aylıq nominal əmək haqqı illik müqayisədə 5,3 manat və yaxud 0,68% artaraq 787,3 manat olub.

B ilin səkkiz ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 159 339 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda hər işçi orta hesabla 1462,1 manat əmək haqqı alır.

Cədvəli oxucularımıza təqdim edirik: 

2018-ci ilin yanvar-avqust aylarında 
muzdlu işçilərin sayı (nəfər)
2018-ci ilin yanvar-avqust aylarında 
orta aylıq nominal əməkhaqqı (manat)
Bakı şəhəri - cəmi 704 771787,3
o cümlədən rayonlar:
Binəqədi45 236449,3
Qaradağ25 1711 042,7
Xəzər30 458731,5
Səbail112 1061 430,5
Sabunçu27 411499,0
Suraxanı19 236571,4
Nərimanov66 445518,1
Nəsimi159 339655,3
Nizami43 692650,2
Xətai63 212773,7
Yasamal104 354690,6
Pirallahı8 1111 462,1
Biznes mütəxəssis peşə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər