"Neftçi"yə qarşı oynamayacaqlar - "Keşlə"də 4 itki

"Neftçi"yə qarşı oynamayacaqlar - "Keşlə"də 4 itki, Javid

“Neftçi”ni qəbul edəcək “Keşlə” oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqanın 10-cu turunda bu gün “Neftçi”ni qəbul edəcək “Keşlə” oyuna itkilərlə çıxacaq.

Klubdan Bakucity.az-a verilən məlumata görə, komandanın 4 üzvü paytaxt derbisində forma geyinə bilməyəcək. Ötən tur “Qarabağ”la oyunda qırmızı vərəqə görən Samir Məsimov cəza, Andre Klennon, Fuad Bayramov və Məmməd Quliyev isə zədə səbəbindən bu günkü matçı buraxacaqlar.

Qeyd edək ki, “ASK Arena”dakı oyun saat 17:00-da başlayacaq.

Bakucity.az

Neftçi FK Keşlə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər