Bu gün axşam Bakıda yağış yağa bilər

Bu gün axşam Bakıda yağış yağa bilər

Noyabrın 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Bakucity.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 5-i günün ikinci yarısından 6-sı gündüzədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Bakucity.az

Hava durumu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər