Bakıdakı sevgi cinayətinin təfərrüatı - qadın onu bıçaqlayanı bağışladı

Bir zəng üstə birlikdə yaşadığı qadını bıçaqlayıb

Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1984-cü il təvəllüdlü Əhmədov Azər Şəmistan oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Azər Əhmədov bir neçə ay əvvəl qeyri-rəsmi münasibətdə olduğu, ər-arvad kimi birlikdə yaşadığı Məhəbbət Şıxıyevaya 6 bıçaq zərbəsi endirib.

Buna səbəb Azər Əhmədov evə gəlmədiyi, telefonuna zəng çatmadığı üçün Şıxıyevanın onun qohumlarına zəng etməsi olub. Şıxıyevanın bu hərəkətindən qəzəblənən Azər Əhmədov qisas məqsədi ilə onu öldürmək istəyib. İttihamda yazılır ki, Əhmədov mətbəxdən götürdüyü bıçaqla Şıxıyevaya 6 zərbə endirib. Hadisə Şıxıyeva ilə Əhmədovun birlikdə yaşadığı evdə baş verib.

Bu əməlinə görə Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Əhmədov özünü günahkar bilib. Amma deyib ki, Şıxıyevanı öldürmək niyyəti olmayıb.

Məhkəmə Əhmədova sərbəst ifadə verməyi təklif edib. Əhmədov hadisəni tödədən zaman içkili olduğunu da söyləyib. Bildirib ki, özündə olmayıb və Şıxıyevanı vurandan sonra səhv etdiyini başa düşüb.

"Həmin gün ailəmlə toya getmişdim. Məhəbbət zəng edəndə gələcəyimi dedim. Sonra telefonum söndü. Məhəbbət də götürüb qohumlarıma zəng edib. Mən də içkili idim. Əsəbiləşib özümü itirdim. Məhəbbətin qaldığı evə getdim. Elə bu məsələyə görə mübahisə eləməyə başladıq. O, danışmağa başladı. Mən də mətbəxdən bıçaq götürüb onu vurdum. Özümü itirmişdim. Nə edəcəyimi bilmədim. Bir neçə bıçaqdan sonra elə bil gözüm açıldı. Səhv etidyimi bildim. Məhəbbəti divana uzatdım. Təcili yardıma özüm zəng elədim",- deyə Əhmədov qeyd edib.

Suallara cavab verən Əhmədov söyləyib ki, Şıxıyevanı öldürmək istəsəydi, bunu rahatlıqla edə bilərdi: "O, mənə müqavimət göstərə bilmirdi. Vurandan sonra divana özüm uzatdım. Öldürməyə mane olacaq heç nə yox idi. Sadəcə səhv elədim, özümü itirdim və bu hərəkəti elədim".

Əməlindən peşman olduğunu deyən Əhmədov ailəli olduğunu söyləyib. Bildirib ki, himayəsində azyaşlı uşaqları da var.

Məlum olub ki, Şıxıyevanın da himayəsində bir azyaşlı uşağı var.

Məhkəmədə zərərçəkmiş qismində Məhəbbət Şıxıyeva da dindirilib. O da hadisənin baş vermə səbəbini eyni ardıcıllıqla danışıb.

Əhmədovla 2015-ci ildən tanış olduğunu deyən Şıxıyevanı onunla ər-arvad kimi yaşadığını bildirib. Şıxıyevanı deyib ki, Əhmədov telefon zənginə cavab vermədiyi üçün əsəbiləşib və onun qohumuna zəng edib. Sonra isə məlum hadisə baş verib.

Şıxıyeva suallara cavabında Əhmədovu bağışladığını söyləyib: "Bir hadisə idi baş verdi. Heç kim istəməzdi belə olsun".

Hadisə ilə bağlı suallara cavab verən Şıxıyeva deyib ki, Əhmədov onu bıçaqlayandan sonra getmək istəyib: "Qapıdan çıxanda mən dedim ki, getmə. Təcili yardım lazım olduğunu söylədim. Xahiş elədim ki, zəng eləsin. O da zəng elədi".

Şıxıyeva bildirib ki, əgər Əhmədov istəsəydi onu öldürərdi: "Məni öldürmək istəmirdi. İstəsəydi elə divana uzadanda da vurardı. Və ya qapını bağlayıb gedərdi".

Əhmədovu bağışladığını deyən Şıxıyeva məhkəmədən də sevgilisinin bağışlanmasını xahiş edib.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
120 reviews noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məşhur universitetlərə hələ də rektor təyin edilməyib Bakucity.az xəbər verir ki, Noyabr ayının 15-də prezident İlham Əliyev akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, 19 ildir, BDU-nun rektoru olan Abel Məhərrəmovun rəhbərliyinə xitam verildi. Bundan sonra rektorun səlahiyyətləri universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən...
Cəmiyyət
Xəbərdarlıq edilib. Bakucity.az xəbər verir ki, Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.  Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkədə məlumat paylaşıb. A.Cəbrayıllı bidlirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçi...
Cəmiyyət
Müqaviləyə də xitam verilib Bakucity.az xəbər verir ki, Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bunu da oxu: Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm mar...
Hakimiyyət
Onun yerinə artıq təyinat olub Bakucity.az xəbər verir ki, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov vəzifəsindən azad olunub. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb. “Report” xəbər verir.  Bunu da oxu: Bakının yollarında mühüm yenilik olacaq - QƏRAR E.Allahverdiyevin digər əmri ilə həmin vəzifəyə Elmin Zamanov təyin edilib. Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyev...
Cəmiyyət
Paytaxtda 14 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Ab...
Hadisələr
Ölümlə nəticələnən daha bir yol qəzası baş verib DİN-nin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölüb. Faktla...
Ekologiya
Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Bakucity.az
Cəmiyyət
Sənətkar 58 yaşında dünyasını dəyişib Bakucity.az xəbər verir ki, “Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu vəfat edib. O, 58 yaşında dünyasını dəyişib.Yenicag.az-ın məlumatında bildirilir.  Bunu da oxu: Bakının yollarında mühüm yenilik olacaq - QƏRAR Xatırladaq ki, 3 il bundan əvvəl Novruz Novruzlunun qızı 18 yaşında dəm qazından boğularaq həyatını itirmişdi. Qeyd edək ki, Novruz...
Kriminal
Vətəndaşların cibinə girən şəxsləri polis yaxalayıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-nin mətbuat x...