Bakıda internet klub sərfəli biznesdirmi? - ARAŞDIRMA - bakucity.az

Bakıda internet klub sərfəli biznesdirmi? - ARAŞDIRMA

Hətta indi də bu biznesdən qazanc götürmək mümkündür

Bir vaxtlar Bakıda iki addımdan bir internet kluba rast gəlmək olurdu. Müştərilər də kifayət qədər idi. İnternet yayğınlaşandan, hər kəsin evdə və smartfonda internetə çıxışı asanlaşadan sonra bu biznes yavaş-yavaş qeybə çəkildi. İndi şəhərdə çox nadir hallarda internet klub görmək mümkündür. Bu biznes həqiqətən də öz dövranını başa vurub? Bakucity.az mövzu ilə bağlı araşdırma aparıb. 

"Bu, gəlirli biznes deyil, amma ağılla yanaşılsa, qazanmaq mümkündür"

Bu sözləri Bakucity.az-a açıqlamasında “Favorit İnternet Kafe"nin sahibi deyib. Onun sözlərinə görə, internet klubun inkişafına müsbət təsir göstərə biləcək bir neçə amil var: “Obyektin yerləşmə məkanı və onu idarə edən şəxsin kimliyi çox vacibdir. Həmişə insan kütləsi olan yer ideal məkan olardı, məsələn, hansısa universitetin yaxınlığı. Əgər siz bu bizneslə məşğul olmağı qərara almısınızsa, onda böyük müştəri bazasına malik olmaq və  onu saxlaya bilmək barədə düşünməlisiniz. Bir neçə il sərasər bu işlə məşğul olsanız, uğur qazana bilərsiniz". 

Bunu da oxu: Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA

 Kafe sahibinin dediyinə görə, kim bu işlə ciddi məşğul olursa, bazarda qalmaq imkanı çoxdur: “Kompüterlər daim saz vəziyyətdə olmalı, tələbat olan yeni oyunlar vaxtında yüklənilməlidir”.

Müsahibimizin sözlərinə görə, belə müəssisənin  hansısa konkret konsepsiyası da olmalıdır: "Yeni müştərilərin cəlb olunması və cəlbedici qalmaq üçün obyekti mütəmadi təmir etmək, interyeri təzələmək, yeni tendensiyaları izləmək lazımdır. Biz növbəti təmirdən sonra divarları qraffitilərlə bəzəmək qərarına gəldik, bu kreativ və dəbəuyğun görünür. Əlbəttə, xidmət haqqında da unutmaq olmaz, servis də yüksək səviyyədə olmalıdır. Belə şəraitdə istənilən internet-klub özünü bazarda saxlaya bilər".

Qazanc götürmək mümkündürmü?

İndi paytaxtda internet klubların sayı çox deyil, amma uzun illərdir ki, mövcud olanlar  müştərilərin yeni tələblərinə cavab verməklə, hər vəchlə bazarda qalmağa çalışırlar. Müxtəlif internet-klubların əməkdaşları ilə söhbət etdikdən sonra, bu qənaətə gəldik ki, bir saatın qiyməti orta hesabla  40 qəpiklə 1 manat arasında dəyişir. Üstəlik bəzi klublar “kserekopiya” və çap xidmətləri  də təqdim edirlər. Xüsusilə, məktəblilərin və tələbələrin sıx olduğu yerlərdə.

Bəs qonşu ölkələrdə vəziyyət necədir? 

Qonşu Rusiya haqqında danışsaq, o zaman orada vəziyyətin təxminən bizdəki kimi olduğunu görərik. Rusiyada internet kafe və klublar az da olsa fəaliyyət göstərir, bu obyektlər əsasən müxtəlif oyun həvəskarları arasında populyardır. 

Avropada da internet klublar indiyədək fəaliyyət göstərir. Bu müəssisələrdə xidmətlərin dəyəri  orta hesabla 0,60 sentdən 1 avroya qədər dəyişir. Ümumilikdə, Avropa ölkələrində istənilən kafe və ya restorana noutbuk ilə daxil olub internetdən sərbəst istifadə edə bilərsiniz.

İnsanları oyun oynamaq daha çox cəlb edir

Bu gün çox az adam klublara internetdən istifadə etmək üçün gəlir. Onlayn-oyunlar insanları daha çox maraqlandırır. Çox güman nə qədər ki, belə oyunlar  insanları maraqlandıracaq, internet klublar da fəaliyyətini davam etdirəcəklər.

Sonda Bakıda fəaliyyət göstərən məşhur intertnet klublarının siyahısını təqdim edirik:

İnternet-klub

Ünvan

1.

“Faforit İnternet Kafe” (24 saat)

İstiqlaliyyət, 61

2.

“Cuber Arena”

Malakan bağı, Ü. Hacıbəyli, 6

3.

Internet Club (24 saat)

Cavadxan küç., 5

4.

“Zaza Internet-Club”

İ. İsmayılov küç., 4

5.

“TurkuAz”

Azərbaycan prospekti 1

6.

“204 Internet Club”

D.Qurbabov küç. 3

Züleyxa İsmayılova

Bakucity.az

Internet klub Bakı biznes
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları düşüb Bakucity.az xəbər verir ki, Xətai rayonunun Sarayevo küçəsində "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.  Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb. "NİVA"-ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib. (Trend) Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...
Hadisələr
Sürücülərdən diqqətli olmaları tələb olunur Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektindəki sıxlıq təmir işləri ilə bağlıdır.   Təmir işlərinin qısa zamanda yekunlaşması gözlənilir. Bakucity.az
Mədəniyyət
Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq Bakucity.az  xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Səmra Rəhimli də çıxış edəcək. Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq. Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xal...
Ekologiya
Bir neçə gündür Bakıda isti hava şəraiti hökm sürür Bakucity.az xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyini açıqlayıblar.  Ekologiya və təbii sərvətlər nazirliyi milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki,  iyunun 25-26-da  Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.  Müşahidə olunan isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas ınsanlar üçün isə riskli hesab olunduğundan, gündü...
Hadisələr
Sabunçu rayonunda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Kürdəxanı dairəsində “VAZ 21012” markalı minik avtomobili hərəkətdə olarkən “Volkswagen Passat” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ 21012”-in sürücüsü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb. Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Sürücüyə kəllə-beyin travması, biləyin əzilməsi, avtomobilin ön şüşəsinə çırpılaraq xəsarət alan S...
Mədəniyyət
Emin Ağalarov: “Müqayisəsiz, Bakı öndədir” Bakucity.az xəbər verir ki, iyunun 22-də Bakıda ilk dəfə, paytaxtın ən məşhur istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də ayın ən isti hadisəsi olan “JARA 2019” beynəlxalq musiqi festivalının “pre-party”si keçirilib. Rus və Azərbaycan şou-biznesinin populyar nümayəndələri yay mövsümünün başlanğıcında bir araya gələrək, festival pərəstişkarlarını təbrik ediblər və onlarla birlikdə “Jara”ya növbəti dəfə start...
Hadisələr
Xuliqanlıq edən şəxsin digər cinayətinin də üstü açılıb Bakucity.az xəbər verir ki, xuliqanlıq etdiyinə görə tutulan K.Əliyevin ətrafında Nərimanov rayon Polis İdaəsi 17-ci Polis Şöbəsi əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər.  Məlum olub ki, o, bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib 17 min manat pulunu alıb.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az