"Neftçi"nin "Keşlə"yə vurduğu qol tarixə düşdü

"Neftçi"nin "Keşlə"yə vurduğu qol tarixə düşdü

Yubiley qoluna Mirabdulla Abbasov imza atıb

Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Keşlə”ni 1:0 hesabı ilə məğlub edən “Neftçi” mövsümdə 20-ci qolunu vurub.

Bakucity.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Mirabdulla Abbasov imza atıb.

Bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Cari mövsümədək 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. 

Azərbaycan çempionatlarında ən çox top vuran “Neftçi” 1300-cü qoluna 759-cu matçında nail olub. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

Bakucity.az

Neftçi FK Keşlə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər