Maşın bazarında qiymətlər “əl yandırır” - VİDEO

Maşın bazarında qiymətlər “əl yandırır” - VİDEO, Javid

Alıcılar qiymətlərin həddən artıq baha olmasından narazıdır

Bakının Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı”nda qiymətlər, necə deyərlər, od tutub yanır. Satışda istənilən markada avtomobil olsa da, alıcı tapılmır. Xüsusilə son aylarda avtomobillərin qiymətində 1000-2000 manat arası artım müşahidə olunub.

Qiymət artımı ən çox “Mercedes” və “Hundai” markalı avtomobillərdə üstünlük təşkil edir. Bazardakı insanların, demək olar ki, 80 faizini təşkil edən satıcılar da vəziyyətdən məmnun deyillər. Bazara gələn tək-tük alıcılar isə qiymətlərin həddən artıq baha olmasından narazıdırlar.

Baku TV maşın bazarında son vəziyyətlərlə bağlı reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik:

Maşın bazarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər