Bakıda kitab mağazası uğurlu biznesdirmi? - ARAŞDIRMA

Bakucity.az Bakıdakı kitab biznesi barədə araşdırmasını təqdim edir

Paytaxtda son illərdə kitab biznesinin çiçəkləndiyini görməmək mümkün deyil. Biz şəhərin istənilən künc-bucağında kitab və dəftərxana ləvəzimatı satan obyektlər görürük. Bununla yanaşı, dəbdəbəli kitab mağazalarının da sayı artır. Bakının mərkəzində, "mall"arda və ticarət mərkəzlərində yeni-yeni mağazalar açılır və açılması planlaşdırılır. Belə görünür, bu sahəyə maraq artmaqdadır. Amma bununla yanaşı, kitab satışının ürəkaçan səviyyədə olmaması barədə şikayətlər də yetərincədir. Bu barədə yerli yazıçılar, nəşriyyat rəhbərləri  və tərcüməçilər vaxtaşırı gileylənirlər. Bakucity.az mövzu barədə araşdırma aparıb. Sualların ətraflı cavabını bu araşdırmada tapa bilərsiniz. 

Nəşriyyatlar

Bakıda hazırda çox sayda nəşriyyatlar və mətbəə evləri fəaliyyət göstərir. Bu nəşriyyatların bəziləri dövlət sifarişi ilə elmi əsərlərin, dərs vəsaitlərinin çapını həyata keçirir, bəziləri isə xarici tərcümələrin və Azərbaycan ədəbiyyatı nümunələrinin nəşri ilə məşğuldur. Məsələn, “Qanun” nəşriyyatının satış təmsilçisi Aynur Əvəzova bizimlə söhbət zamanı qeyd etdi ki, nəşriyyatda ay ərzində 7-8 yerli müəllifin kitabı, 30-31 isə xarici tərcümələrdən ibarət kitablar çapdan çıxır.

“Qədim Qala” nəşriyyatının redaktoru Şöhlət İxtiyaroğlu isə nəşriyyatın həm kitab çapı, həm də satışını həyata keçirdiyini bildirdi: “Nəşriyyatda il ərzində nəşriyyatın kitabı silsiləsindən, 6-ya yaxın kitab çap edilir və satışı həyata keçirilir. Biz bunların tərcümə versiyalarının satışını xaricdə də təşkil edirik. Ən çox satdığımız kitablar isə Rövşən Abdullaoğlunun əsərləridir. “Bu şəhərdə kimsə yoxdur” əsərini 14 dəfə çap etmişik, 15-ci çapa hazırlanır. “Reyslər üzərinə uzanmış adam” isə 5-ci dəfə çapdan çıxıb. Bu kitabların tirajı isə 1500-2500 civarında dəyişir. Bəzən daha çox olur”.

Kitab evləri

Bakıda yerləşən kitab mağazalarından, kitaba marağın azlığından çox danışılıb. Lakin son 5 ildə “Kitabevim.az”, “Libraff”, “Bakı Kitab Mərkəzi”, “Azərkitab”, “Hüquq ədəbiyyatı” kimi kitab evləri açılıb. Bu kitab bizneslərinin nə qədər stabil olacağını isə zaman göstərəcək. 

Bununla belə təcrübə göstərir ki, Bakı bir çox kitab biznesləri bir müddət fəaliyyət göstərəndən sonra dayanıb. Məsələn, şair-Jurnalist Zahir Əzəmət “Zero” adlı kitab mağazası açmışdı, lakin qısa müddət sonra bağlamalı oldu. Məsələ ilə bağlı Zahir Əzəmətin özündən soruşduq.

"Bakıda kitab mağazasının uğurlu biznes olması üçün şərtlər ağırdır, - Zahir Əzəmətaçıqlamasında qeyd etdi: İnsanlar əsasən şəhərin mərkəzində vaxt keçirir. Mərkəzdə isə kitab mağazası üçün lazım olan geniş yerlərin icarə haqqı fantastikdir. Üstəlik kitab çeşidləri az, hədəf kütləsi dardır. Hazırda Bakıda kitabla bağlı uğurlu biznes qurmaq üçün milyonların olmalıdır. Gərək öz yerin ola, bir neçə mərtəbəli Mall tikəsən, orada insanlar hər cür kitab, ofis-dəftərxana ləvazimatları, uşaqlar üçün oyuncaqlar – hər şey əldə edə bilsin, mağazanın öz kafe və restoranları, kinoteatrı və təqdimat zalı olmalıdır. Sadəcə ənənəvi mall-lardan fərqli olaraq, burada vurğu və aura kitabın üzərində olmalıdır”.

Araşdırma zamanı söhbətləşdiyimiz əksər biznes nümayəndələrini maliyyə məsələlərini sirr saxlamaq istədilər. 

Ümumi mənzərədən belə görünür ki, Bakıda kitab biznesinin müəyyən müsbət və mənfi tərəfləri var. Ümumiyyətlə isə, əksər oturuşmuş biznes sahələrində olduğu kimi kitab bazarında da bazara daxil olmaq üçün yaxşı investisiya tələb olunur. Hazırda belə güclü investisiya ilə bazarda fəaliyyət göstərən kitab biznesləri var, onların nə qədər uğurlu olacağını isə zaman göstərəcək.

Hazırladı: Ramilə Qardaşxanqızı 

Bakucity.az

Kitab
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
25 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
O, “Əl Uruba” klubunda oynayacaq. Bakucity.az xəbər verir ki, “Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib. Anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin “Əl Uruba” klubunda oynayacaq. “Əl Uruba” hazırda BƏƏ çempionatının I divizionunda dördüncü sıradadır. Azərbaycanda “vəhşi” ləqəbi ilə tanınan və 1.90 sm boyu olan Kvame Karikari bu mövsüm “Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub. Bakucity.az
Cəmiyyət
Əsasən paytaxtda fəaliyyət göstərən KİV nümayəndələri ilə baş tutan “Media tur” Bakucity.az xəbər verir ki, Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Əsasən paytaxtda fəaliyyət göstərən KİV nümayəndələri ilə baş tutan “Media tur” çərçivəsində qonaqlar imtahanların gedişi ilə yaxından tanış olublar. İmtahanın şəffaflığını yüksək qiymətləndirən çı...
Kriminal
Məhkəmə iclası bu gün başa çatıb. Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası bu gün başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə, məhkəmənin hökmü ilə Ş.Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hə...
Mədəniyyət
Sərgidə 40-dək sənət əsəri nümayiş ediləcək. Bakucity.az xəbər verir ki, yanvarın 25-də “Azərkitab” Kitab Mərkəzində gənc rəssam Elmar Məmmədzadənin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş ediləcək və əsərlər arasında tarixi şəxsiyyətlərin ipək üzərində işlənmiş portretləri yer alacaq. Bakucity.az
İdman
Robin Nqalande Azərbaycanda oynayacaq. Bakucity.az xəbər verir ki, Malavi millisinin 26 yaşlı futbolçusu Robin Nqalande Azərbaycanda oynayacaq. Hücumçu bunun üçün viza alaraq Azərbaycan klublarının təlim-məşq toplanışında olduğu Antalyaya yollanıb. CAR-ın “Baroka” klubu ilə üç illik müqaviləsini pozan Nqalandenin yeni komandasının adı isə hələlik açıqlanmır. Oyunçunun meneceri Pol Mitçel bildirib ki, klubun adı hər şey tam başa çatdıqdan sonra açıqlanacaq....
Biznes
Şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib. Bunu Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib. BNA rəhbərinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib: "Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar...
Biznes
Bəzi küçələrdə bir neçə saatlıq parklanmalara icazə veriləcək. Bakucity.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib. Məsələ ilə bağlı araşdırmalar aparılır. "Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolu...
Biznes
Turistlərin sayında 175% artım var Bakucity.az xəbər verir ki, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olub.  Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, son illərdə hindistanlı turistlərin Azərbaycana marağının artması nəticəsində ötən il 40 min turist gəlib. Baş icraçı direktor bildirib...
Cəmiyyət
Yeni elektron xidmət istifadəyə verildi Bakucity.az xəbər verir ki,“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.  Bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər.  Bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir. Müraciət e...