Bakıda taksilərlə bağlı mühüm qərar qəbul edildi - AÇIQLAMA

Taksilərin sayı üç dəfə azaldılacaq

Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir. 

Bakucity.az "Oxu.Az"a istinadən xəbər verir ki, hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bir taksi şirkətinin yaranmasını təklif edirlər. 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını vurğulayıb. Onun fikrincə, bu, rəqabətli mühiti aradan qaldıracaq. 

“Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir”. 

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.

Hava limanı taksi konsepsiyası isə ayrı olacaq, çünki hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasının qarşısı alınmalıdır.

Bu layihə üzrə işlərə başlanılıb və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Rəsmi proqram təminatı imkan verəcək ki, bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə vətəndaşlar tərəfindən onlara ballar verilsin. Bu isə imkan verəcək ki, ictimai nəqliyyatla bağlı ictimai qınaqlara daha tez reaksiya verilsin və tədbirlər görülsün. 

Unutmaq olmaz ki, taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü hesab edilir, ona görə də ciddi problemlər ortaya çıxmasın deyə, aidiyyəti qurumlar bu işləri mərhələli şəkildə həyata keçirməyə çalışırlar. Taksilərin avtobus dayanacaqlarında parklamasına gəlincə, təklif olunur ki, cərimə sistemi dəyişdirilsin. 

“Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi bir dəfə cərimələyə bilərsiniz.

Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi bir ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artacaq, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək”.

Bakucity.az

Taksi BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1038 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
O, “Əl Uruba” klubunda oynayacaq. Bakucity.az xəbər verir ki, “Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib. Anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin “Əl Uruba” klubunda oynayacaq. “Əl Uruba” hazırda BƏƏ çempionatının I divizionunda dördüncü sıradadır. Azərbaycanda “vəhşi” ləqəbi ilə tanınan və 1.90 sm boyu olan Kvame Karikari bu mövsüm “Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub. Bakucity.az
Cəmiyyət
Əsasən paytaxtda fəaliyyət göstərən KİV nümayəndələri ilə baş tutan “Media tur” Bakucity.az xəbər verir ki, Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Əsasən paytaxtda fəaliyyət göstərən KİV nümayəndələri ilə baş tutan “Media tur” çərçivəsində qonaqlar imtahanların gedişi ilə yaxından tanış olublar. İmtahanın şəffaflığını yüksək qiymətləndirən çı...
Kriminal
Məhkəmə iclası bu gün başa çatıb. Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası bu gün başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə, məhkəmənin hökmü ilə Ş.Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hə...
Mədəniyyət
Sərgidə 40-dək sənət əsəri nümayiş ediləcək. Bakucity.az xəbər verir ki, yanvarın 25-də “Azərkitab” Kitab Mərkəzində gənc rəssam Elmar Məmmədzadənin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş ediləcək və əsərlər arasında tarixi şəxsiyyətlərin ipək üzərində işlənmiş portretləri yer alacaq. Bakucity.az
İdman
Robin Nqalande Azərbaycanda oynayacaq. Bakucity.az xəbər verir ki, Malavi millisinin 26 yaşlı futbolçusu Robin Nqalande Azərbaycanda oynayacaq. Hücumçu bunun üçün viza alaraq Azərbaycan klublarının təlim-məşq toplanışında olduğu Antalyaya yollanıb. CAR-ın “Baroka” klubu ilə üç illik müqaviləsini pozan Nqalandenin yeni komandasının adı isə hələlik açıqlanmır. Oyunçunun meneceri Pol Mitçel bildirib ki, klubun adı hər şey tam başa çatdıqdan sonra açıqlanacaq....
Biznes
Şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib. Bunu Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib. BNA rəhbərinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib: "Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar...
Biznes
Bəzi küçələrdə bir neçə saatlıq parklanmalara icazə veriləcək. Bakucity.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib. Məsələ ilə bağlı araşdırmalar aparılır. "Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolu...
Biznes
Turistlərin sayında 175% artım var Bakucity.az xəbər verir ki, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olub.  Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, son illərdə hindistanlı turistlərin Azərbaycana marağının artması nəticəsində ötən il 40 min turist gəlib. Baş icraçı direktor bildirib...
Cəmiyyət
Yeni elektron xidmət istifadəyə verildi Bakucity.az xəbər verir ki,“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.  Bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər.  Bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir. Müraciət e...