Bakıda tuneldə sərnişin avtobusu qəzaya uğrayıb - FOTO

Bakıda tuneldə sərnişin avtobusu qəzaya uğrayıb - FOTO, Javid

"Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Bakucity.az xəbər verir ki, Bakıda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. Hadisə metronun "Gənclik" stansiyasının yaxınlığındakı tuneldə baş verib. Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb. Report-un məlumatında deyilir. 

Hadisə nəticəsində Atatürk prospekti-"Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Bakucity.az

Sərnişin avtobusu qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər