AFFA "Keşlə"nin futbolçusunu cəzalandırdı

AFFA "Keşlə"nin futbolçusunu cəzalandırdı, Javid

23 yaşlı yarımmüdafiəçinin klubu 200 manat cərimə olunub

AFFA İntizam Komitəsi "Keşlə"nin yarımmüdafiəçisi Samir Məsimovu bir oyunluq cəzalandırıb. 

Bakucity.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məsimov Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la matçda (1:1) qırmızı vərəqə alıb. 88-ci dəqiqədə meydandan qovulan 23 yaşlı yarımmüdafiəçinin klubu isə 200 manat cərimə olunub. O, artıq cəzasını X turda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüşdə çəkib. 

Bakucity.az

Keşlə futbol klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər