Vergilər Nazirliyinin əməkdaşı barəsində cinayət işi açıldı

Vergilər Nazirliyinin əməkdaşı barəsində cinayət işi açıldı, Javid

O, vətəndaşdan qanunsuz olaraq 100 manat tələb edib

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Həsənov Vidadi Adil oğlu barəsində cinayət işi açılıb. 

Cinayət işinin başlanmasına səbəb V.Həsənovun vətəndaşdan əsassız olaraq 100 manat pul tələb etməsi barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə ünvanlanmış müraciət əsasında toplanmış materiallar olub. Oxu.az-ın məlumatında deyilir. 

Buna görə V.Həsənov haqqında Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi açılıb. 

Bakucity.az

Vergilər nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər