Samir Şərifov: Sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək

Samir Şərifov: Sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək

Dövlət büdcəsindən 162 milyon manat ayrılacaq

Bakucity.az xəbər verir ki, gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu fikri Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib. Trend-in məlumatında bildirilir. 

Nazirin sözlərinə görə, sosial ipotekanın əhatə dairəsi daha da genişləndiriləcək: "Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərlə təminat üçün 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, hərbi qulluqçular, şəhid ailələri və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrıca vəsait nəzərdə tutulub".

Bakucity.az

İpoteka
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər