Bakıda bu marşrutlarda pulsuz "Wi-Fi" olacaq

Bakıda bu marşrutlarda pulsuz "Wi-Fi" olacaq, Javid

 "Wi-Fi" 164 avtobusda işə salınacaq

Bakucity.az xəbər verir ki, “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinin “BakıKart” ödəniş kartını qəbul edən bütün marşrut avtobusları ödənişsiz “Wi-Fi” xidməti ilə təmin olunacaq.

“Wi-Fi” xidməti ümumilikdə 9 marşrut üzrə hərəkət edən 164 avtobusda işə salınacaq. Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən “Isuzu Citiport” markalı 3 avtobusda sınaq rejimində işə salınıb. Bu xidmət 52, 61, 79, 96, 135 və 199 saylı marşrut avtobuslarında tətbiq olunacaq. Trend-in məlumatında bildirilir. 

Bu xidmətə qoşulmaq üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanını göstərməklə qeydiyyatdan keçmək lazımdır.

Bakucity.az

Sərnişin avtobusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər